
Zəfər ruhu ilə qurulan enerji qalası -ANALİZ
Yusif Nəzərli
15:37 27.06.2025
İqtisadiyyat
662
Müstəqil Azərbaycanın enerji strategiyası illərdir düşünülmüş yanaşma, uzaqgörən liderlik və ardıcıl islahatlarla formalaşdırılaraq bu gün ölkəmizi regionun enerji mərkəzinə çevirib. Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası bu yolun məntiqi davamı olmaqla yanaşı, həm də tarixi əhəmiyyətə malik hadisədir. Prezident İlham Əliyevin iştirakı ilə açılışı həyata keçirilən bu mühüm enerji obyektinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi qüdrətinin, texnoloji inkişafının və strateji baxışının parlaq nümunəsi kimi ölkə tarixində öz layiqli yerini tutdu. Adını 44 günlük Vətən müharibəsindəki Zəfərdən alan bu nəhəng enerji layihəsi bir daha sübut etdi ki, Azərbaycan yalnız savaş meydanında deyil, inkişaf və yenilənmə yolunda da qalibiyyət yürüşünü davam etdirir.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı da "Sherg.az"a açıqlamasında "8 Noyabr" Elektrik Stansiyasının açılmasını Azərbaycanın enerji tarixində yeni mərhələ kimi dəyərləndirib:

"Prezident İlham Əliyevin iştirakı ilə “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkəmizin sənaye və enerji siyasətində strateji əhəmiyyət daşıyan yeni mərhələnin başlanğıcını qoydu. Cəmi iki il ərzində reallaşdırılan bu nəhəng layihə Azərbaycanın mühəndislik potensialını, yüksək təşkilatçılıq bacarığını və siyasi rəhbərliyin iradəsini əyani şəkildə nümayiş etdirdi. Stansiyanın “8 Noyabr” adını daşıması təkcə simvolik xarakter daşımır. Bu ad Zəfər Günümüzün əbədi yaddaşlara həkk olunmasının, milli qürurumuzun və tariximizin enerjiyə çevrilmiş simvoludur. Bu layihə Azərbaycanın təkcə döyüş meydanında deyil, iqtisadi inkişaf, texnoloji irəliləyiş və dayanıqlı gələcək quruculuğunda da qalibiyyət yolunu inamla davam etdirdiyini göstərir".
G.Ağamalının fikrincə 1880 meqavatlıq gücə malik bu stansiya Azərbaycanın enerji təchizatında etibarlı sütun rolunu oynamaqla yanaşı, regional enerji təhlükəsizliyində ölkəmizin artan rolunu təsdiqləyir:
"Yeni stansiya daxili istehlak tələbatını daha dayanıqlı şəkildə ödəməyə, sənaye müəssisələrinin fasiləsiz fəaliyyətinə zəmin yaratmağa və ixrac imkanlarını artırmağa şərait yaradacaq. Beləliklə, Azərbaycan enerji sektorunda həm tədarükçü, həm də tranzit ölkə kimi strateji mövqeyini daha da möhkəmləndirir. Cənab Prezident İlham Əliyevin açılış mərasimində çıxışı zamanı qeyd etdiyi kimi, bu layihə Azərbaycanın çoxpilləli, düşünülmüş və gələcəyə hesablanmış enerji siyasətinin növbəti təzahürüdür. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu enerji strategiyası bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycanın "yaşıl enerji" gündəliyi, alternativ enerji mənbələrinə yönəlik layihələri və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq formatları bu siyasətin həm çevik, həm də uzunmüddətli perspektivə hesablandığını göstərir. Layihənin həyata keçirilməsində İtaliya və Çin kimi nüfuzlu ölkələrlə əməkdaşlıq edilməsi Azərbaycanın beynəlxalq etimad qazandığını, etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş kimi tanındığını bir daha sübut edir. Bu həm də ölkəmizin beynəlxalq səviyyədə iqtisadi və texnoloji inteqrasiya proseslərinə fəal qoşulmasının göstəricisidir. Mingəçevirin tarixi energetika mərkəzi kimi mövqeyi bu layihə ilə yeni nəfəs aldı. Bu şəhərin zəngin energetika ənənəsi, yüksək ixtisaslı mühəndis və texniki kadrları bu nailiyyətin əldə olunmasında mühüm rol oynayıb. Yeni stansiyanın işə düşməsi eyni zamanda məşğulluğun artırılmasına, yeni texnoloji bacarıqların inkişafına da mühüm töhfə verəcək".
Deputat qeyd edib ki, “8 Noyabr” Elektrik Stansiyası təkcə texniki layihə deyil, milli inkişaf vizyonunun canlı ifadəsidir. Bu, güclü siyasi iradənin, planlı iqtisadi siyasətin və xalq-dövlət birliyinin konkret bəhrəsidir. Azərbaycan gələcəyə inamla irəliləyir və hər yeni uğur bu yolun nə qədər düzgün və strateji əsaslı olduğunu bir daha təsdiq edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm