Aslandan sonra indi də ceyran balası axtarılır - FOTO

Antalyada indi də bir ceyran balası axtarılır. Bir iş adamının villasının bağında saxlanılan ceyran balası üçün müvafiq komandalar hərəkətə keçib. 
Sherg.az xəbər verir ki, Döşəməaltı rayonunda yerləşən iş adamının villasının bağında saxlanılan ceyran balası dünən günorta saatlarından itkin düşüb. Heyvanın açılmış qaraj qapısından qaçdığı öyrənilib. 
Rayon mərkəzinin müxtəlif yerlərində görüldüyü bildirilən ceyranın tapılması üçün işlər davam edir.
Qeyd edək ki, Antalyada keçən ay da bir aslan qaçmışdı. Manavgat rayonundakı heyvanat parkından qaçan aslan bir nəfəri də yaralamışdı. Saatlarla axtarılan aslan zərərsizləşdirilmişdi.