32 il sonra öz məzarını tapdı
32 il sonra öz məzarını tapdı
Yusif Sultanoğlu
05:41 10.07.2024
Hadisə
510
“Ailəmi tapmaq üçün döymədiyim qapı qalmadı”
Sağlığında özünə məzar hazırlayanlar olub, bu gün də var. Amma sağ ikən başqaları tərəfindən məzarı qazılıb, üzərinə də adı yazılmış şəxslərə nadir rastlanır. Türkiyənin Nevşəhər bölgəsində dünyaya gəlmiş Ayşə Nəşəli məhz belələrindəndir. Bu gənc xanım illər sonra üzərində adı yazılmış baş daşını və məzarını tapıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən gənc xanımın film kimi həyat hekayəsini təqdm edir. Ayşə Nəşəli 31 il əvvəl Nevşəhərdə dünyaya gəlib. Lakin körpə bəxtsiz doğulub. Qeyri-qanuni nikahdan dünyaya gətirildiyi üçün atılıb. Körpəni məscid ərazisinə atıb gediblər. Bunu kimin etdiyi məlum deyil. Anasımı atıb, atasımı, yoxsa başqa qohum, bilinmir. Bilinən budur ki, körpəni məscidə gələn insanlar görüb, dövlət orqanlarına xəbər veriblər və uşaq dövlət müəssisəsinə aparılıb. Bir müddət sonra körpəyə bir ailə sahib çıxaraq övladlığa götürüb. Ayşə 12 yaşına qədər bu ailədə böyüyüb. Ona analıq edən qadın vəfat etdikdən sonra Ayşə evdən qaçıb. Polislər tərəfindən tapılan Ayşə atalığına təslim edilib. Bu zaman polislə atalıq arasındakı söhbətdən Ayşə övladlığa götürüldüyünü bilib. 18 yaşına çatdıqda Ayşə doğma ailəsini, valideynlərini tapmaq üçün hüquqi işlər başladıb. Bir nəticə hasil olmadıqda Ayşə özəl telekanallardan birinə qonaq olub və efirdə özü barədə danışıb, ailəsini tanıyıb-bilənlərdən yardım etmələrini istəyib. Efirdən edilən çağırış faydalı olub, bir nəfər kanala zəng edərək Ayşə Nəşəlinin əsl ailəsini tanıdığını söyləyib. Ayşə Nəşəli beləcə, əsl anasının kim olduğunu, həm də anasının artıq həyatda olmadığını öyrənib. Gənc xanım anasının məzarını tapıb və DNA müayinəsi etdirib. Müayinə nəticəsində anasının əsl kimliyini və həqiqətən də anası olduğunu öyrənə bilib. Sonra da atasının şəxsiyyətini müəyyənləşdirməyə başlayıb və DNA müayinəsiylə bunu da bacarıb. Atasının kimliyini öyrənən Ayşə Nəşəli yaşadığı məhəllədə bu sevincli xəbəri zurna-balabanın müşayiəti ilə təntənəli şəkildə qeyd edib. Öz həyat hekayəsini beləcə öyrənən Ayşə Nəşəli bunları danışıb: “Mən doğulduqdan sonra ailəmizdən biri məni məscid həyətinə qoyub gedib. Hamıya da elan ediblər ki, körpə doğum zamanı tələf olub. Mənim adıma məzar yeri qazdırıb, baş daşı da qoyublar, insanlar inansın deyə. Qohumlar da belə bilib. Övladlığa götürüldüyümü 12 yaşında bildim. Anam (analıq edən qadın) vəfat edəndə, mənə çox pis təsir etdi, özümü itirdim, hisslərim qarışdı, evdən qaçdım. Polislər məni tapdı və atama (atalıq edən kişiyə) təslim edəndə onların söhbətindən duydum ki, bu ailənin doğma övladı deyiləm. Əsl ailəmi tapmaq istəyirdim, amma yaşım az olduğundan harasa müraciət edə bilməzdim. Yetkinlik yaşına çatdıqda bunu edə bildim. Ailəmi tapmaq üçün döymədiyim qapı qalmadı. Nəhayət əsl anamın, atamın kim olduğunu DNA testi ilə öyrənə bildim. Hətta öz məzarımı da tapdım. Ailəmizin başqa üzvləri mənə “dəfn olunduğum” məzarlığı nişan verdilər. Məzarımı tapdım. Anam da illər sonra mənim məzarımın yanında dəfn edilibmiş. Adım yazılmış məzarda isə heç kimsə dəfn edilməyib. Məzar boşdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi
Rubio Gilmanın azadlığa buraxılmasına görə Rusiyaya təşəkkür etdi
21:26 11.08.2026
Dünya
Bakının bu rayonlarında qaz olmayacaq
21:12 11.08.2026
Cəmiyyət
“Dərnəgül” elektrik deposu ilk qatarını qəbul edib
20:57 11.08.2026
İnfrastruktur
İran Hörmüz boğazının açılması ilə bağlı şərtlərini ABŞ-a çatdırıb
20:33 11.08.2026
Dünya
Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edildi
20:18 11.08.2026
Hadisə
İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoyub
20:00 11.08.2026
Rəsmi