“AAAF park” yaşayış kompleksində yanğın - Sakinlər təxliyə edildi
Yusif Nəzərli
07:39 05.10.2025
Hadisə
469
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Sherg.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən texniki otaqda quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın yayılmasına, o cümlədən mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın zirzəmisində yerləşən ümumi sahəsi 2 m² olan texniki otağın içərisində quraşdırılmış 68 ədəd elektirik sayğacı və şaxtadan keçən elektrik kabelləri 3p.m. yanıb.
FHN əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə olunub.
Şaxtadan keçən kommunikasiya xətləri, avtodayanacaqda park edilmiş avtomobillər və mənzillər yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya