ABŞ-də güclü zəlzələ baş verib

Alyaska ştatında 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, məlumatı ABŞ Geoloji Xidməti yayıb.

Agentliyin məlumatına görə, yeraltı təkanların episentri Ankoricdən 59 kilometr şimal-qərbdə olub, ocağı isə 69,4 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə hər hansı məlumat daxil olmayıb.