Abşeronda evdən meyit tapılıb

Abşeronda 60 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb.

Oxu.Az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, Quşçuluq massivi 6-cı küçə, ev 119 ünvanında yaşayan 1965-ci il təvəllüdlü Hümbət Yəhya oğlu Hüseynovun meyiti noyabrın 17-də axşam 20 radələrində onunla qonşuluqda yaşayan oğlu tərəfindən aşkar edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.