Ağcabədidə 9-cu sinif şagirdi özünü asıb

Ağcabədidə IX sinif şagirdi özünü asıb. Bu haqda Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə sosial şəbəkədəki profilində məlumat paylaşıb. K.Ağazadə qeyd edir ki, məlumat Ağcabədidən ona çatdırılıb. 

K.Ağazadə “araşdırma getdiyinə görə uşağın adını sildim. Ağcabədidən davamlı olaraq bu məlumatı göndərirlər”. K.Ağazadə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombusman tag edərək baş vermiş hadisənin araşdırılmasını xahiş edib. K.Ağazadəyə göndərilən mesajın mətni isə belədir: “Ağcabədidə 9-cu sinif şagirdi özünü asıb, 4 gün əvvəl. Səbəb bəlli eyil. Erhtimallar var. Qızın keçən il açıq şəkilləri yayılıb. Bununla bağlı məktəb rəhbərliyi ailəni çağırdı, danışdılar. Bu il qız dərslərinə ciddi yanaşırdı, oxuyurdu. Birinci gün məktəbə gəlmədi. Anası yeni əməliyyat olunduğu üçün icazə almışdı. 2-c gün də gəlmədi. Günorta öyrəndik ki, ana ilə ata xəstəxanaya gedib. Qız evdə tək olduğu vaxt özünü asıb. Onsuz da ö körpənin həyatı məhv oldu. Mənim arzum budur ki, onu o yola sürükləyənlər cəza alsın. Hansı ki şəkillərini paylaşıblar. Cəmiyyətdə adını kişi qoyub bu cür hərəkət edənlər cəza almalıd. Çox xahiş edirəm, adım anonim qalsın”.  

Faktla bağlı hazırda araşdırma aparıldığı bildirilir.