Bakının Binəqədi şosesində yerləşən restoranın yaxınlığında 4 nəfər cərəyan vurması nəticəsində ölüb.
APA xəbər verir ki, hadisə bu gün qeydə alınıb.
Ölənlərin restoranın əməkdaşları olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma aparılır.
Qeyd edək ki, hadisə barədə ilkin olaraq "Qafqazinfo" məlumat yayıb.