Bakıda dəhşət: Tanımadığı şəxsin telefonuna boylandığına görə öldürüldü – MƏHKƏMƏ
Yusif Nəzərli
10:58 29.12.2021
Hadisə
591
Bakıda mübahisə zəminində baş verən davada xəsarət alan şəxsin sonradan ölməsi ilə bağlı cinayət işinin təfərrüatı məlum olub.
Oxu.Az məhkəmə istintaqının sənədlərinə əsasən, motivləri təqdim edir.
Hər şey Əbil Məcidovun (32 yaşlı) 2021-ci ilin 2 avqustunda Yasamal rayonunda yerləşən marketlərdən birində alış-veriş etməsindən sonra başlayıb.
Gecə alış-veriş etdikdən sonra marketin qarşısında dostu ilə dayanaraq (təxminən saat 01:00 radələrində) kəskin alkoqol sərxoşluğu olan, tanımadığı Haşım Daşdəmirov (32 yaşlı) onlara yaxınlaşıb.
İstintaqla müəyyən edilib ki, Haşım Daşdəmirov əlində spirtli içki ilə tanımadığı şəxslərə sataşıb.
Belə ki, o, Əbil Məcidovun telefonuna boylanıb. Bu zaman Əbil ondan uzaqlaşmasını tələb edib.
Haşım isə istədiyi yerdə dayanacağını bildirib, dostlar onun diqqətinə çatdırıblar ki, onlar namaz qılandırlar və içki ilə onlara yaxın durmasın.
Elə bundan sonra mübahisə dərinləşib, səbəb isə Haşımın onların dini inancını təhqir etməsi olub.
Əvvəllər idmanla məşğul olan Əbil Məcidov təhqirə dözməyərək Haşımın sifət nahiyəsinə yumruq zərbəsi endirib, sonra isə dostu ilə oradan uzaqlaşıb.
Zərbənin təsirindən Haşım bərk səthli, metlax örtüklü yerə arxası üstə yıxılaraq kəllə-beyin travması alıb.
Bir müddət sonra Haşım Daşdəmirov ayağa duraraq evlərinə gedib. Bir neçə gündən sonra o, başında kəskin ağrılar olduğunu həyat yoldaşına bildirib.
21 gündən sonra, avqustun 23-də onu xəstəxanaya yerləşdiriblər. Həkimlər bildiriblər ki, Haşım Daşdəmirovun başına su və çirk yığılıb.
O, həkimlər tərəfindən reanimasiyaya yerləşdirildikdən sonra ölüb.
Məhkəmə təqsirləndirilən şəxsin cinayətini Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə (Ehtiyatsızlıqdan adam öldürmə) ilə tövsif edib.
Əbil Məcidov 1 il 5 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Əbil Məcidov saxlanılarkən hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (Qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya