Bakıda itkin düşən qız tapılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, itkin düşmüş kimi axtarışı elan edilən 17 yaşlı qızın tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
09:54
Bakıda 17 yaşlı qız itkin düşüb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.
2008-ci il təvəllüdlü Aliyə Seymur qızı Balənmədova noyabrın 18-də Nizami rayonu, Qara Qarayev prospekti, ev 93 ünvanından çıxaraq naməlum istiqamətdə gedərək itkin düşüb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.