Bakıda oğurlanan iki yaşlı uşağın FOTOSU
Yusif Nəzərli
13:45 06.01.2022
Hadisə
797
Bakıda iki yaşlı oğlan uşağının oğurlanmasından 8 gün keçsə də, onu tapmaq hələ də mümkün olmayıb.
Daxili İşlər Nazirliyinin (DIN) mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Araşdırma zamanı məlum olub ki, oğurlanan uşağın ailəsi artıq həmin evdə yaşamır. Belə ki, uşağı oğurlanmış ailənin digər dörd azyaşlı övladı dövlət tərəfindən sığınacağa yerləşdirilib. Azyaşlının atası Elgün Şıxəliyev və anası Reyhan Şıxəliyeva isə başqa yerə köçüb.
2 yaşlı M.Şıxəliyev oğurlanana qədər ailə eni və uzunu 2 metr olan (sahəsi 4 kv.m) kiçik bir daxmada yaşayıb.
Qonşuların dediklərindən bəlli oldu ki, ailə qeyri-sağlam, tüfeyli həyat tərzi sürüb. Onlar hətta ata və ananın narkotik aludəçisi olduğunu iddia edirlər.
Hadisənin necə baş verməsinə gəlincə, qonşuların sözlərinə görə, dekabrın 29-u axşam saatlarında yaşlı bir qadın 2 yaşlı uşağı anasının yanına aparmaq adı ilə evdən çıxarıb. Bütün bunlar digər azyaşlı uşaqların gözü qarşısında baş verib. Ailənin 8 yaşlı övladı bildirib ki, 2 yaşlı qardaşını yaşlı qadın atasının köynəyinə bükərək evdən aparıb.
Həmin vaxtdan qadını və uşağı bir daha görən olmayıb. Hadisədən sonra uşağın atası Elgün Şıxəliyev məhəlləyə gəlib və uşağının oğurlandığını deyib.
Qonşularla söhbətdən o da məlum oldu ki, uşağı oğurladığı deyilən qadın bir neçə gün əvvəl ərazidəki digər evlərə gələrək, orada yaşayan ailələrə ünvanlı sosial yardım düzəldəcəyini deyib. Hətta digər qonşudan da yeniyetmə qızını ona verməsini istəyib.
Ailənin yaşadığı evin sahibi Gülüş Soltanova APA-ya bildirib ki, ailə 15 gün əvvəl onun evinə yığışıb. Evi kirayəyə versə də, ailə həddindən artıq kasıb olduğu üçün onlardan pul almayıb:
“Uşaqların anası Reyhanı bir-iki dəfə görmüşəm, bazarda limon satırdı. Atası isə heç bir yerdə işləmirdi. Uşaq oğurlanandan sonra dekabrın 31-i Reyhan bizə gəlmişdi. Mənə dedi ki, yəqin M.-i sosial yardım düzəldən qadın aparıb, uşağın başındakı yaranı müalicə etdirəcək”.
Qonşularla aparılan söhbətdən, danışılanlardan hadisədə xeyli müəmmalı məqam olduğu ortaya çıxır. Əsas sual doğuran məqam isə uşağı oğurladığı iddia edilən yaşlı qadınla bağlıdır. Bu qadının kimliyi, harada olduğu barədə suallar açıq qalır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya
Xırdalanda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
09:52 04.09.2026
Hadisə
Putinin müşaviri: Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir
09:45 04.09.2026
Siyasət
Qızıl və gümüş ucuzlaşıb
09:35 04.09.2026
İqtisadiyyat
Avropa İttifaqı Ermənistana Rusiya ilə bağlı iki tələb irəli sürdü
09:27 04.09.2026
Gündəm
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
09:17 04.09.2026
Gündəm