Goranboy rayonun Çəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən beş mərtəbəli 60 mənzilli binanın bir hissəsi bu gün axşam saatlarında uçub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, buna səbəb bir neçə gün bundan öncə adıçəkilən binanın ikinci blokunda dayaq panelin sıradan çıxması olub.
Bina qəzalı vəziyyətdə olduğu üçün 60 mənzilin sakinləri öncədən təxliyə olunub. Bu səbəbdən qəza zamanı təlafat qeydə alınmayıb.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) və digər güc strukturları cəlb olunub.