Göyçayda yol qəzası olub, yaralananlar var.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Potu kəndi yaxınlığında baş verib.
"Ford" və "Hunday" markalı avtomobillərin toqquşması zamanı "Ford"un sınıq və digər bədən xəsarətləri alan 2000-ci il təvəllüdlü sərnişini Baxışov Sərdar Rəsul oğlu xəstəxanaya yerləşdirilib.
Hadisə iştirakçısı olan digər 3 şəxsə isə ilkin ambulator tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.