Günəş 17 illik yuxusundan oyanır
11:42 19.09.2025
Hadisə
362
Son 17 ildə bütün əlamətlər Günəşin uzunmüddətli aşağı aktivlik dövrünə girdiyini göstərirdi. Ancaq yeni araşdırmaya görə ulduzumuz bu gözləntiləri alt-üst edə bilər.
Sherg.az xəbər verir ki, son 17 ildə Günəş getdikcə daha sakitləşmişdi. Bu vəziyyət uzun müddətdir azalan Günəş dövrlərini araşdıran alimləri təəccübləndirirdi.
Mütəxəssislər Günəşin 1830-cu illərdə müşahidə olunan növdə yeni bir “böyük minimum” dövrünə girdiyini düşünürdülər. Ancaq son məlumatlar bu gözləntini tərsinə çevirdi.
1980-ci illərdən etibarən Günəşin fəaliyyəti azalmağa başlamış, hər 11 illik Günəş dövründə daha az ləkə, daha az alovlanma və koronal kütlə atımı (kosmosa atılan zərrəciklər) müşahidə olunmuşdu. 2008-ci il isə bu prosesin ən aşağı nöqtəsi olmuşdu.
NASA-nın Jet İtki Laboratoriyasından Ceymies Jasinski "Space" saytına açıqlamasında deyib: “Bütün əlamətlər Günəşin uzunmüddətli aşağı aktivlik dövrünə girdiyini göstərirdi. Buna görə də trendin tərsinə dönməsi böyük sürpriz oldu. Günəş yavaş-yavaş oyanır”.
Jasinskinin rəhbərliyi ilə aparılan tədqiqat müxtəlif missiyalardan əldə edilən Günəş və Günəş küləyi məlumatlarını bir araya gətirib. Tapıntılara görə 2008-ci ildən bəri bütün göstəricilərdə artım müşahidə olunub.
Bu müddətdə Günəş küləyinin sürəti 6 faiz, sıxlığı 26 faiz, temperaturu isə 29 faiz artıb. Günəş küləyinin daşıdığı maqnit sahəsinin gücü isə 31 faiz yüksəlib.
Bu artım Günəşin maqnit fəaliyyətinin yenidən gücləndiyini göstərir. Ancaq bununla yanaşı, geomagnetik fırtınalar, koronal kütlə atımları və radiasiya partlayışları da gəlir.
Bu vəziyyət xüsusilə də orbitdəki peyklər, kosmik stansiyalar və astronavtlar üçün ciddi risklər yaradır.
Alimlər hələ Günəşin niyə yenidən bu qədər aktivləşdiyini bilmirlər.
Tarixdə oxşar sirrlər yaşanmışdı. 1645-1715-ci illər arasındakı “Maunder Minimumu” adlanan dövrdə Günəş üzərində cəmi 50-yə yaxın ləkə müşahidə edilmişdi.
Həmin dövr Avropada “Kiçik Buz Çağı” kimi tanınan qeyri-adi soyuq qışlara təsadüf etmişdi. Ancaq mütəxəssislər bu soyuma ilə Günəşin fəaliyyətindəki azalma arasında birbaşa əlaqə qurmaqda ehtiyatlıdırlar.
Tədqiqatçılar bildirirlər ki, Günəşin 11 illik maqnit dövrlərini anlamaqda xeyli irəliləyiş olsa da, uzunmüddətli meyillər hələ də proqnozlaşdırıla bilmir.
Jasinski deyib: “Qısa dövrləri anlamışıq, amma uzunmüddətli dəyişikliklər barədə hələ də çoxlu bilinməyənlər var”.
Yeni araşdırma “Astrophysical Journal Letters” adlı elmi jurnalda dərc olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya