Hərbi ekspert: “Aprel döyüşləri Vətən müharibəsinin mesajı idi”
Yusif Nəzərli
14:36 02.04.2022
Hadisə
622
“Aprel döyüşləri Azərbaycanın hərb tarixində artıq özünəməxsus yer tutub. Mən deyərdim ki, işğal dövründən sonra birinci dəfə idi ki, işğalçıların atəşkəsi pozması və təxribatına Azərbaycan belə formada cavab verirdi. Talış istiqamətində olan yüksəkliklər və Lələtəpədən Azərbaycanın yaşayış məntəqələri mütəmadi olaraq iriçaplı silahlardan və hətta artilleriya və minaatanlardan atəşə tutulurdu. Belə olduğu halda Azərbaycan Ordusu tapşırıq, əmr aldı ki, həmin istiqamətlərdə dinc sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə təhlükə yaradan mənbələr ələ keçirilsin, düşmən oradan geri atılsın”.
Bunu “Report”a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.
“Bu tapşırığı Azərbaycan qısa müddətdə yerinə yetirdi. Düşməni o yüksəkliklərdən atdı. Aprel döyüşlərinin önəminə gəlincə, bu, Azərbaycanın öz torpaqlarını azad edəcəyi haqqında mesaj idi. Beynəlxalq arenada bu, məsələnin hələ də ciddi olaraq qaldığı haqqında bir mesaj idi. Yəni ki, Qarabağ məsələsi hər an alovlana bilər və Azərbaycan güc vasitəsilə onları geri ala bilər. Digər tərəfdən, Azərbaycan xalqı çox böyük sınaqdan keçdi və konsolidasiya oldu. Bütün cəmiyyət torpaqlarını işğalçılardan azad olunması məsələsində hazır olduğunu nümayiş etdirdi. Səfərbərlik xidmətinə minlərlə gənclər müraciət etmişdi”, - deyə ekspert əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan bu prosesdə geosiyasi arenadakı hədəflərini də görüb:
“Yəni Aprel hadisələri başladığı andan beynəlxalq qurumlar, o cümlədən Rusiya Azərbaycana ola biləcək təzyiqlər və riskləri nümayiş etdirdi”.
O bildirib ki, ümumiyyətlə Aprel döyüşləri bütün bu məsələləri qabarda bilib:
“Azərbaycan hədəfləri müəyyənləşdirdi. Azərbaycan Ordusu Ermənistanın illərdir qurduğu müdafiə xətlərini yara biləcək əminliyi qazandı. Düşünürəm ki, Aprel döyüşlərində yüksək qiymət alan Azərbaycan Ordusu öz sözünü Vətən müharibəsində dedi və 44 günlük müharibədə Ali Baş Komandanın qoyduğu tapşırığı yerinə yetirərək işğalçı qüvvələri darmadağın etdi və ərazi bütövlüyünü təmin etməyə qadir oldu. Bu mənada Vətən müharibəsini Aprel döyüşlərinin bir növ davamı kimi də qiymətləndirirlər. Ancaq Aprel döyüşləri irimiqyaslı deyil, məhdud çərçivəli əməliyyat idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrandan ərəb ölkəsinə xəbərdarlıq: Məhv olacaqsınız!
22:58 17.11.2026
Son dəqiqə
ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi sıradan çıxıb
22:39 17.11.2026
Dünya
Vladimir Putin Çinə səfər etdi
22:20 17.11.2026
Gündəm
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə