İstanbul-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarə qəza siqnalı verdi

Rusiyanın “Azimut” aviaşirkətinə məxsus İstanbul-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarə Qara dəniz üzərində fövqəladə vəziyyət siqnalı göndərib.

Sherg.az xəbər verir ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviatsiya) məlumatına görə, “Superjet 100” tipli təyyarənin ekipajı göyərtədə yaranmış texniki nasazlıq səbəbindən geri qayıtmaq qərarı verib.

Bildirilib ki, təyyarə saat 15:44-də Moskva vaxtı ilə havaya qalxdığı İstanbul hava limanına təhlükəsiz eniş edib.

Məlumata görə, reys uçuşdan əvvəl də müəyyən gecikmə ilə həyata keçirilib. Hadisənin səbəbləri araşdırılır.