Kürdəmirdə qadın amansızcasına qətlə yetirildi: Əri saxlanıldı

Kürdəmir rayonunda qadın qətlə yetirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yanvarın 6-da saat 13 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndində 1994-cü il təvəllüdlü Könül Qurbanovanın kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub. 
Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Pərviz Qurbanov saxlanılaraq istintaqa təhvil verilib. 
Araşdırma aparılır.