Naxçıvanda tələbə məktəbli qıza təcavüz etdi
10:04 03.10.2025
Hadisə
276
Naxçıvan şəhərində tələbə oğlan məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər edib.
Sherg.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə Naxçıvan şəhərində baş verib.
Şəhər sakini, 2007-ci il təvəllüdlü Zakir Məmmədov (ad və soyad şərtidir) "TikTok" sosial şəbəkəsində Aytən adlı qızla tanış olur. Danışıq zamanı məlum olur ki, 2010-cu il təvəllüdlü qız orta məktəbin 10-cu sinfində oxuyur. Zakirlə Aytən bir müddət danışsalar da, görüşmürlər.
Bir gün Aytən Zakirə əsəbi olduğunu bildirir. Zaur da onunla görüşmək istədiyini deyir. Onlar küçədə görüşürlər. Məlum olur ki, Aytənin atası anasından ayrılıb və onlarla əlaqə saxlamır. Aytən bildirir ki, bu gün onun atasının ad günündür, amma onunla əlaqə saxlaya bilmir.
Zakir Aytəni sakitləşdirmək bəhanəsi ilə kirayədə qaldığı evə aparır. Evdə Zakir Aytəni qucaqlayır. Bir müddətdən sonra o, qıza cinsi əlaqədə olmaq təklifi edir. Zakir Aytəni inandırır ki, onunla ailə quracaq.
Zakirin yalanlarına aldanan Aytən onunla cinsi əlaqədə olmağa razılıq verir və onlar qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra isə Zakir Aytənə evlərinə getməyi tapşırır və evdən çıxarır.
Aytən polisə məlumat verir. Səhəri gün polis əməkdaşları Zakirin oxuduğu texnikuma gəlir, onu saxlayırlar.
Faktla bağlı cinayət işi başlanır, iş məhkəməyə göndərilir.
Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə Zakir Məmmədov 1 il azadlıqdan məhrum edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm