Nyu-Yorkda atəşfəşanlıq zamanı Bruklin körpüsündə yanğın baş verib

ABŞ-ın Nyu-York şəhərində Müstəqillik Günü münasibətilə təşkil olunan atəşfəşanlıq zamanı Bruklin körpüsündə yanğın baş verib.

Sherg.az xəbər verir ki, hadisə İst-River üzərində keçirilən ənənəvi bayram şousu zamanı qeydə alınıb. Məlumata görə, atəşfəşanlığın buraxıldığı körpü konstruksiyalarında alov yaranıb. Şahidlər həmin hissədə daha iki nöqtədə tüstü və alov müşahidə edildiyini bildiriblər.

Yanğın təxminən bir dəqiqə ərzində öz-özünə sönüb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib. Körpüyə dəyən mümkün ziyanın həcmi isə hələ açıqlanmayıb.

Sosial şəbəkələrdə hadisənin görüntüləri geniş yayılıb.