Qubada 4 avtomobil toqquşub, xəsarət alan var 

Qubada xəsarətlə nəticələnən zəncirvari qəza olub.

“Report” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, prospektdə dörd avtomobil toqquşub. İlkin məlumata görə, qəza zamanı azı bir nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım avtomobili gəlib.