Şamaxıda torpaq sürüşməsi olub, yol çöküb
09:37 23.04.2025
Hadisə
391
Şamaxı rayonunda torpaq sürüşməsi olub.
APA-nın Şirvan bürosu xəbər verir ki, sürüşmə Çabanı-Əngərxan avtomobil yolunda baş verib, yolun bir hissəsi çöküb və nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaranıb.
Torpaq sürüşməsi yolun bir hissəsində ciddi zədələnməyə səbəb olub. Yolun bir zolağında 1 metr dərinliyində və 4 metr enində iri yarğan əmələ gəlib. Həmçinin asfalt örtüyü sıradan çıxıb, yolun çiyin hissəsi isə tamamilə dağılıb.
Yerli sakinlərin bildirdiyinə görə, torpaq sürüşməsi hər gün daha da aktivləşir. Son günlərdə müşahidə olunan davamlı yağıntılar bu prosesi daha da sürətləndirib.
Hazırda kəndlə rayon mərkəzi arasında gediş-gəliş tam dayanmasa da, sürüşmə zonasından keçid avtomobillər üçün ciddi təhlükə yaradır. Əraziyə baxış keçirən Yol İdarəsinin əməkdaşları təhlükəli sahəni xüsusi xəbərdarlıq nişanları və lentlərlə işarələyiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə