Sumqayıt sakini tanışını bıçaqladı

Sumqayıtda bıçaqlanma hadisəsi qeydə alınıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Novxanı bağları massivində, 2 saylı xəstəxananın yaxınlığında baş verib.

1990-cı il təvəllüdlü Şahgəldiyev Səbuhi Nurəddin oğlu öz tanışı, 1977-ci il təvəllüdlü Adıgözəlov Kənan Əlibaba oğlu ilə aralarında mübahisə yaranıb.

Mübahisə zamanı S.Şahgəldiyev K.Adıgözəlova bıçaqla xəsarət yetirib.

K.Adıgözəlov xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatı və xəsarət alan şəxsin vəziyyəti ilə bağlı araşdırma aparılır.