
Tikan üstündə həyat: Partlayış olarsa, kəndlər insanı ilə birlikdə məhv olar
12:47 17.09.2025
Hadisə
346
Vanın Erciş rayonunun Pınarlı və Düvenci məhəllələri sərhədində yerləşən Meydan Boğazı Gölet bəndi bölgədə yaşayan vətəndaşları qorxudur. Bəndin set divarından sızan sular səbəbindən torpaqda mayeləşmə olduğunu iddia edən kəndlilər iki ildir müraciət etdiklərini bildirərək deyirlər: “Bir partlayış olarsa o kəndlər heyvanı, torpağı, insanı ilə birlikdə hamısı yox olar”.
Sherg.az xəbər verir ki, 1965-ci ildə tikilən və o vaxtdan bəri suvarma və daşqının qarşısının alınması məqsədilə istifadə edilən Meydan Boğazı Gölet bəndi təhlükə yaradır. Yazda qar sularının əriməsi ilə su səviyyəsi ən yüksək nöqtəyə çatır, quraq keçən yay aylarında isə ən aşağı səviyyəyə enir.
60 illik keçmişi olan və o dövrün şərtlərinə görə tikilmiş bəndin set divarının altından sızan sular torpağın mayeləşməsinə səbəb olur. Hər hansı bir təhlükəyə qarşı kəndlilərin özləri tədbir görsələr də bənd əhalini narahat edir.

Pınarlı kənd sakini, bəndin tikintisində işləmiş Abdulbaki Çeber deyib: “Bu bənd 1965-ci ildə tikildi. Tikiləndə mən işçi idim. Əllə dibini qazdıq. Hər iki tərəfdən qazıntı çəkərək doldurdular. Hazırda altda sızma var, partlayış təhlükəsi var. Aşağı kəndlərdən 4- 5 kənd risk altındadır. Allah göstərməsin bir partlayış olarsa o kəndlər heyvanı, torpağı, insanı ilə birlikdə hamısı yox olar. İki ildir müraciət edirik. Müxtəlif vaxtlarda mühəndislər gəlib, layihəsini, öyrənməsini, qazma işlərini aparıblar. Təcili olaraq düzəldilməsini tövsiyə ediblər. İndiyə qədər bir iş görülməyib. Vəzifəlilərdən xahişimiz bu təhlükənin qarşısının alınması üçün bu setin təmir olunmasıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya