Türkiyədə avtobus yük maşını ilə toqquşdu: 19 yaralı var

Türkiyənin Şırnak vilayətində avtobus yük avtomobili ilə toqquşub.

Teleqraf xəbər verir ki, hadisə nəticəsində avtobusda olan 19 nəfər yaralanıb.

Yaralananlardan 13-ü uşaqdır.

Yaralılar dərhal Şırnak Dövlət Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin yaxşı olduğu söylənir.