Türkiyənin daha bir təyyarəsi qəzaya düşdü - Pilot şəhid oldu

Xorvatiyadan planlı texniki baxışdan qayıdan Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi məlumat yayıb.

Kənd Təsərrüfatı və Meşə Nazirliyinə məxsus iki AT802 yanğınsöndürmə təyyarəsi Xorvatiyanın paytaxtı Zaqrebdə planlı texniki xidmət üçün 12 noyabr saat 10:24-də Çanaqqaladan yola düşüb.

Təyyarələr meteoroloji şəraitə görə Xorvatiyanın Riyeka hava limanında qalıblar. Onlar bu gün Türkiyə vaxtı ilə saat 17:38-də Zaqreb hava limanına qalxdıqdan sonra əlverişsiz hava şəraiti səbəbindən Riyeka hava limanına qayıdıblar. Qayıdış marşrutu zamanı təyyarələrdən biri Riyeka hava limanına enib, lakin dihər təyyarə ilə Türkiyə vaxtı ilə saat 18:25-də əlaqə kəsilib", - məlumatda bildirilir.

Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı qəza nəticəsində pilotun şəhid olduğunu açıqlayıb.

"Radardan itən təyyarəmizin qalıqları Xorvatiyanın Senj şəhəri yaxınlığında tapılıb. Bu faciəvi qəzada şəhid olan pilotumuza Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına başsağlığı verirəm", - deyə nazir qeyd edib.