Yaşadıqları qan dondurur
Yusif Nəzərli
21:22 22.12.2021
Hadisə
709
Dünya onun üçün ayağa qalxdı
16 yaşlı Məryəm Türkiyədə müalicə olunacaq
İraqlı qız – 16 yaşlı Məryəm əl-Rikabi müalicə olunmaq üçün Türkiyəyə gəlmək istəyir. İraqda Gözəl Sənətlər İnstitutunda təhsil alan Məryəm bir müddət əvvəl üzü maskalı şəxsin təcavüzünə məruz qalıb. Təcavüz edənin Məryəmə evlilik təklifi etmiş, lakin qız və ailəsi tərəfindən elçiliyi rədd edilən 19 yaşlı gənc olduğu müəyyənləşib. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, təcavüzkar 7 ay sonra yaxalanıb. Məlum olub ki, həmin şəxs Məryəm yaşayan evə gizlicə daxil olaraq qızın üzünə sulfat turşusu (kislota) töküb. Qızın üzü yanıb. Oğlan evə daxil olduğu vaxt Məryəm yatırmış.
Qız hadisəni bu şəkildə danışıb: “Yuxudaydım. Vücudumun alışıb yandığını hiss etdim. Ayağa qalxdım, salona keçəndə bir nəfərin evimizdən çıxdığını gördüm. Onu görəndə qışqıraraq küçəyə qaçdım”. Məryəmin atası və anası həmin gün işdə imiş, Məryəm evdə qardaşı və gəlinləri ilə birlikdəymiş. Məryəmin anası “təcavüzkar maskalı halda təhlükəsizlik kameralarının önündən keçib, amma kimsə onu dayandırmayıb.
Bu adam evimizə telefon açır, bizi narahat edirdi. Biz də qızımızla evlənmək təklifini rədd etdik. Qızıma da mesajlar atırdı, Məryəm isə ona “biz dostuq, səninlə evlənə bilmərəm” cavabını verirdi”, deyib.
Məryəmin görüntülərini izləyən sosial şəbəkə istifadəçiləri “Məryəmi xilas edək” dəstək mesajları yazaraq gənc qızın müalicə alması üçün yardım kampaniyası başladıblar. Məryəmin ailəsi müalicə üçün Türkiyəni seçib. Ailənin yeganə istəyi qısa zamanda Türkiyəyə səfər etməkdir. Məryəmin adına artıq 91 min 254 dollar ianə toplanıb. Kampaniya davam edir və hədəf 200 min dollar toplanmasıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm