Yasamalda baş vermiş yanğında ölənlərin kimliyi məlum olub

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğında həyatını itirən şəxslərin kimliyi məlum olub.

APA xəbər verir ki, yanğın zamanı 1984-cü il təvəllüdlü Samir Kamal oğlu Məhəmmədov, 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qəmbərli və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova dünyasını dəyişib.