Yunanıstanın mərkəzi hissəsində yerləşən Viotiya bölgəsində meşə yanğını baş verib.
Teleqraf xəbər verir ki, bu barədə “Kathimerini” nəşri məlumat yayıb.
Yanğın ocağına yaxın ərazilərdə yaşayan sakinlərə fövqəladə xəbərdarlıq sistemi vasitəsilə ayıq-sayıq olmaları barədə səlahiyyətli qurumlar tərəfindən bildirişlər göndərilib.
Yanğın Korinf körfəzinin şimal-şərq sahilində yerləşən Aios Vasileyos sahilyanı qəsəbəsi yaxınlığındakı meşə massivində başlayıb.
Yanğının söndürülməsinə 51 yanğınsöndürən, 17 yanğınsöndürmə avtomobili, 4-cü yanğınsöndürmə dəstəsinin iki piyada briqadası, iki amfibiya yanğınsöndürmə təyyarəsi və iki helikopter cəlb olunub.
Yerli hakimiyyət orqanları da hadisə yerinə su daşıyan avtosisternlər göndərib.