Zaqatalada qardaşı ilə birgə yaşadığı evi qəsdən yandıran saxlanılıb - YENİLƏNİB
10:02 01.01.2022
Hadisə
682
Zaqatalada qardaşı ilə birgə yaşadığı evi qəsdən yandıran Əhliman Gülməmmədov saxlanılıb.
APA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Əhliman Gülməmmədov saxlanılıb.
***
Saat 09:36
Zaqatalada iki qardaşın birgə yaşadığı evin qardaşların biri tərəfindən qəsdən yandırıldığı məlum olub.
Zaqatalanın Mosul kəndində fərdi yaşayış evinin qəsdən yandırılması faktı ilə bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma başlayıb.
DİN-nin Mətbuat Xidmətinin Şəki Regional Qrupunun inspektoru, polis baş leytenantı Mahir Məsimovun APA-ya verdiyi məlumata görə, dekabrın 31-i axşam saat 23 radələrində rayonun Mosul kəndində fərdi yaşayış evinin qəsdən yandırılması ilə bağlı Zaqatala rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında RPŞ-nin təhqiqat qrupunun əməkdaşları dərhal hadisə yerinə baxış keçiriblər. Hadisə yerindən müvafiq kül nümunələri götürülüb.
İlkin məlumata görə, Tərlan və Əhliman Gülməmmədov qardaşları yanan fərdi yaşayış evində birgə yaşayıblar. İki qardaş arasında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Əhliman Gülməmmədov qardaşı ilə birgə yaşadıqları evi qəsdən yandırıb. Əhliman Gülməmmədov hadisəni törətdikdən sonra hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması istiqamətində zəruri tədbirlər görülür.
Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki iki qardaşa məxsus ev əşyaları ilə birlikdə yanıb.
Faktla bağlı Zaqatala RPŞ-nin təhqiqat qrupunda araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya