İlk qadın minatəmizləmə qrupu siçovullar və itlərlə təlim nümayiş etdirib - FOTO

Azərbaycanda ilk qadın minatəmizləmə qrupu tərəfindən siçovullar və itlərlə minatəmizləmə təlimi nümayiş olunub.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və ANAMA-nın tərəfdaşlığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum Ağdamda davam etdirilir.
Ağdama gələn beynəlxalq ekspertlərə Azərbaycanda ilk qadın minatəmizləmə qrupu tərəfindən siçovullar və itlərlə minatəmizləmə təlimi nümayiş olunub. Qeyd edək ki, mina təmizləmə işlərinə 20-dən çox qadın, 12 siçovul və 8 it cəlb olunub.