Ötən ilin 11 ayında 135 üçəm, 4 dördəm doğulub

2023-cü ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 103367 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 11,1-ə düşüb.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Doğulanlardan 3134-ü əkiz, 135-i üçəm, 4-ü isə dördəm olub.