ABŞ Avropadakı qoşunlarının sayını azaltmaq niyyətində deyil

ABŞ hazırda Avropada olan Amerika qoşunlarının sayını azaltmaq niyyətində deyil.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Pentaqonun rəhbəri Pit Heqset bildirib.

“Hazırda ixtisarla bağlı heç bir plan yoxdur”, - o deyib.

Eyni zamanda, Heqset qeyd edib ki, ABŞ Ukraynadakı münaqişə həll edildikdən sonra Avropadakı Amerika hərbçilərinin sayına yenidən baxa bilər.