Estoniya Rusiyaya yaxın sərhəddə yeni hərbi baza quracaq

Estoniya Rusiyanın sərhədinə yaxın hərbi baza inşa edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Estoniyanın Müdafiə Qüvvələri Baş Qərargahının rəisi, general-mayor Vahura Karus məlumat yayıb.

“Bu addım Narva (Rusiya ilə sərhəd şəhər – red.) sakinlərinə Estoniya ordusunun onların gündəlik həyatlarının bir hissəsi olduğunu göstərmək məqsədi güdür və eyni zamanda bu, Narvanın Estoniyanın ayrılmaz bir hissəsi olduğunu nümayiş etdirəcək”, – deyə Karus vurğulayıb.

Yeni hərbi bazada 200-250 nəfərlik bir bölmə yerləşəcək. Bu şəxslər arasında xidmət edən hərbçilər, çağırışçılar və ehtiyatda olan zabitlər olacaq.