“Qalatasaray” Babeli transfer etdi

Türkiyənin “Qalatasaray” klubu hollandiyalı futbol ulduzu Rayan Babeli rənglərinə qatıb. Sherg.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, futbolçu ilə 3 illik müqavilə imzalanıb. 

“Sarı qırmızılı” klub Babelə 2 milyon avro nağd “imza pulu” verib. Bununla yanaşı ildə 2.5 milyon avro da ulduza ödənəcək. 

Qeyd edək ki, Babel Türkiyənin “Beşiktaş” klubunda da forma geyinib.