Azad Rəhimov: "Avropa Oyunlarının səviyyəsi heç də aşağı düşməyib"
17:38 30.06.2019
İdman
974

"Çox sevinirik ki, bu Oyunların startı Azərbaycanda, Bakıda verilib və həmin səviyyə davam edir".
Bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun "Minsk 2019" II Avropa Oyunları ilə əlaqədar "Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşına müsahibəsində deyib.
Müsahibəni təqdim edirik:
-"Minsk 2019" II Avropa Oyunlarında Azərbaycan artıq 26-cı medalı qazanıb. Ölkə idmançılarının çıxışlarını necə qiymətləndirirsiniz?
- Medal baxımından çox razıyam. Cüdoçularımızın Azərbaycana qızıl medallarla qayıdacağına böyük ümid bəsləyirdik. Təəssüf ki, bu, alınmadı. Düşünürəm ki, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına çox ciddi yanaşmaq, cüdoçuların hazırlığı üçün bütün imkanları səfərbər etmək lazımdır. Çünki yüksək səviyyəli və böyük potensiala malik komandamız var. Təəssüf ki, cüdoçular hər dəfə bu potensialdan istifadə edə bilmirlər.
Güləşçilərimiz həmişəki kimi, bizi sevindirirlər. Həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşçilərimizin potensialı böyükdür. Bundan başqa, yeni boksçularımız özlərini göstəriblər. Yaxşı təsir bağışlayırlar, onlara da inanırıq. Məşqlərə ciddi yanaşmaq lazımdır. Çünki 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına cəmi bir il vaxt qalıb. O ki qaldı digər idman növlərinə, sambo olimpiya növü olmasa da, kütləvilik böyükdür. Hesab edirəm ki, sambonun yaxşı inkişaf dövrü yaşaması üçün dövlət, sponsorlar tərəfindən böyük dəstək olmalıdır.
-Açılışda iştirak etdiniz, həmçinin bir neçə yarışı izlədiniz. Təşkilatçılıq, tamaşaçı marağı baxımından II Avropa Oyunları ümumilikdə sizdə necə təəssürat yaratdı?
- Yarışın Minskdə keçirilməsinə baxmayaraq, şəxsən mən belə yüksək səviyyəli təşkilatçılıq gözləmirdim. Koordinasiya Komitəsinin üzvü kimi, burada 3 dəfə iclasda olmuşam, bütün proseslərdə iştirak etmişəm. Hazırlıq işlərini görürdüm. Bizim azərbaycanlı mütəxəssislər də burada çalışırlar. Bu gün idman qurğularının, oradakı tərtibat işlərinin, medalların təltifetmə mərasiminin, könüllülərin çalışqanlığının yüksək səviyyədə olduğunu deyə bilərəm. II Avropa Oyunları gözəl keçdi, Bakıda yüksək səviyyədə təşkil olunan yarış heç də aşağı düşməyib. Bu, onun təsdiqidir ki, Avropa Oyunları davam etdirilməlidir. Şadıq ki, bir neçə gün əvvəl Polşanın Krakov şəhəri III Avropa Oyunlarının paytaxtı elan edildi. Çox sevinirik ki, bunun startı Azərbaycanda, Bakıda verilib və həmin səviyyə davam edir. Minsk şəhərini, Təşkilat Komitəsini, Belarus Milli və Avropa Olimpiya Komitələri ürəkdən təbrik edirəm.
-Bu gün bağlanış mərasimində Azərbaycan sizdən başqa kimlərlə təmsil olunacaq?
- İdmançılarımızın çoxu Vətənə qayıdıb. Son olaraq sərbəst güləşçilərimiz də qayıtdılar. Hazırda yunan-Roma güləşçilərimiz, boksçularımız, karateçilərimiz, həmçinin velosiped və gimastikadan 2 nəfər bizimlədirlər. Onlar bağlanış mərasimində iştirak edəcəklər. Rəsmi səviyyədə isə dövlət tərəfindən bu iş mənə həvalə edilib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də mənimlə bir yerdə olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sülhün önündə əngəl qalmadı - ŞƏRH
08:22 15.03.2025
Cənubi Qafqaz
Ermənistanın razılığa gəlməsi təsadüf deyil - RƏY
07:42 15.03.2025
Gündəm
Noxudu necə tez bişirmək olar?
06:31 15.03.2025
Sağlamlıq
Sabunçu rayonunda 209 bina qəzalıdır - MİLLƏT VƏKİLİ
05:17 15.03.2025
Aktual
Ana ölən qızını basdırmayıb - 6 il saxladı
04:40 15.03.2025
Dünya
Ukrayna ilə bağlı yaxşı xəbərlər var - Tramp
02:32 15.03.2025
Dünya
Mahsun Kırmızıgülün hüzn günü: Ardıcıl itkilər...
02:09 15.03.2025
Şou
Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda... - FOTO
01:27 15.03.2025
Cəmiyyət
Uşakov Rusiya ilə ABŞ arasında dialoq qurulduğunu deyib
01:06 15.03.2025
Gündəm
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
00:48 15.03.2025
Region
"Qalatasaray" darmadağınla qalib gəldi
00:24 15.03.2025
İdman
Soyuqla ömrü uzatmaq olurmuş
23:59 14.03.2025
Relaks
Rubio: Tramp Rusiya ilə bağlı növbəti addımları müəyyən edəcək
23:33 14.03.2025
Dünya
BMT-nin baş katibi sülh danışıqlarının başa çatmasını alqışlayır
23:16 14.03.2025
Siyasət
Zelenski: “Putin atəşkəs istəmir”
22:47 14.03.2025
Gündəm
Arzu və Leyla Əliyeva UNEC-də tələbələrlə görüşdü
22:36 14.03.2025
Təhsil
Arayik Harutyunyan məhkəmədə Ruben Vardanyanla bağlı danışıb
22:02 14.03.2025
Gündəm
Ramazanın 15-ci günü: dua, imsak və iftar vaxtı
21:53 14.03.2025
Cəmiyyət
Aralıq dənizində güclü zəlzələ baş verdi
21:22 14.03.2025
Hadisə
İnsan beyin hüceyrələrindən kompüter hazırlanıb
21:00 14.03.2025
Maraqlı