II Avropa Oyunlarında ən çox medal qazanan idmançıların siyahısı açıqlanıb.
APA -nın məlumatına görə, iyunun 21-30-da Belarusun paytaxtı Minskdə təşkil olunan yarışda rusiyalı Dina Averina hamıdan çox mükafat qazanıb.
Bədii gimnastika yarışlarında çıxış edən idmançı 5 dəfə fəxri kürsüyə qalxan yeganə iştirakçı olub. O, üç qızıl, bir gümüş və bir bürünc medal qazanıb.
Daha bir idmançı Avropa Oyunlarının üçqat çempionu olub. Bu, rusiyalı güllə atıcısı Artyom Çernousovdur. Lakin onun hesabında cəmi üç medal var.
Qeyd edək ki, Azərbaycan idmançıları arasında rekord akrobatlar Ruhidil Qurbanlı və Abdulla Əl-Məsaihiyə məxsusdur. Üç medal qazanan cütlük iki gümüş və bir bürünc mükafat əldə edib.