Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında cüdoçuların fərdi mübarizəsinə yekun vurulub.
APA -nın məlumatına görə, son yarış günündə Azərbaycan milli komandasının 2 üzvü mükafat uğrunda qarşılaşmaya çıxıb.
Onlardan biri qızıl, biri bürünc medal üçün mübarizə aparıb. Məhərrəm İmamverdiyev (81 kq) üçüncü yer uğrunda qarşılaşmada İftaç Badaşla (İsrail) üz-üzə gəlib. Görüşü inamlı keçirən cüdoçumuz bürünc medala sahib çıxıb.
Hüseyn Məmmədov (+90 kq) finalda rusiyalı Axmed Maqomedovla münasibətinə aydınlıq gətirib. Gərgin qarşılaşmada qalib gələn təmsilçimiz çempion adını qazanıb.
Qeyd edək ki, festivalın cüdo yarışlarının ilk iki günündə 4 medal (1 qızıl, 1 gümüş və 2 bürünc) sahib olan Azərbaycan cüdoçuları bu rəqəmi 6-ya çatdırıblar. Bunlardan 2-si qızıl, 1-i gümüş və 3-ü bürüncdür. Ümumilikdə isə Azərbaycan yığmasının yarışdakı medallarının sayı 23-ə çatıb. İdmançılarımız festivalda 10 qızıl, 7 gümüş və 6 bürüncə yiyələniblər.
Bakı-2019: Cüdoçumuz çempion oldu
17:39 26.07.2019
İdman
580

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstanda siyasi proseslərin qalibi məlumdur - ŞƏRH
04:22 19.02.2025
Region
Papaya ikitərəfli pnevmoniya diaqnozu qoyulub
03:49 19.02.2025
Dünya
Fazil Mustafa məhkəmənin qərarındana narazıdır - AÇIQLAMA
03:07 19.02.2025
Gündəm
Saç tökülməsinə qarşı-Yumurta sarısı və ya ağı?
02:45 19.02.2025
Sağlamlıq
Makron: Fransa Ukraynaya hərbçi göndərmək niyyətində deyil
02:17 19.02.2025
Dünya
Xəzər boru kəmərinə PUA hücumu ilə bağlı rəsmi - AÇIQLAMA
00:52 19.02.2025
Dünya
Azyaşlılar sosial şəbəkələrdə olmamalıdırlar - Mütəxəssis
00:51 19.02.2025
Texnologiya
Daşkəsəndə gənc oğlan pilləkəndən yıxılaraq ölüb
00:36 19.02.2025
Hadisə
Gürcüstanın XİN başçısı Türkiyəyə səfər edəcək
00:12 19.02.2025
Dünya
İran parlamentinin sədri Bakıya gəlib
23:57 18.02.2025
Region
Makron sabaha növbəti sammit çağırdı
23:28 18.02.2025
Dünya
Qlobal istiləşmə ölüm sayını artırıb
23:11 18.02.2025
Ekologiya
"Stomatoloji klinikalarda yoxlama: Nöqsanlar aşkarlandı
22:46 18.02.2025
Ölkə
ABŞ-nin xüsusi nümayəndəsi Kiyevə gedəcək
22:34 18.02.2025
Siyasət
Çilidə 5,7 bal gücündə zəlzələ baş verib
22:27 18.02.2025
Hadisə
Əhaliyə xəbərdarlıq: Fevralın 19-da...
22:18 18.02.2025
Cəmiyyət
Təbrizdə “Traktorsazi”nin oyununu 90 min azarkeş izlədi
22:06 18.02.2025
İdman
Gədəbəydə çörəkbişirmə sexində 3 nəfər dəm qazından zəhərlənib
Gədəbəydə çörəkbişirmə sexində 3 nəfər dəm qazından zəhərlənib
21:46 18.02.2025
Hadisə
İttiham aktı: Polad Həşimov və digərləri...
21:37 18.02.2025
Gündəm
İsveç polisi zorakılıq qurbanı olan 600 uşaq müəyyən edib
21:27 18.02.2025
Hadisə