Çilidə 5,7 bal gücündə zəlzələ baş verib

Çili sularında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Kopiapo şəhərindən 139 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 35 km dərinlikdə olub.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.