"Qarabağ" "Dandolk"la oyunda hesabda öndədir - YENİLƏNİB-2



Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) - "Dandolk" (İrlandiya) oyununda ikinci hissə başlayıb.
 
APA-nın məlumatına görə, Bakıda keçirilən matçın ilk 45 dəqiqədən sonra Ağdam təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edir.

***

Saat. 21:48

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) - "Dandolk" (İrlandiya) oyununda birinci hissə yekunlaşıb.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın ilk 45 dəqiqədən sonra Ağdam təmsilçisi 1:0 hesabı ilə öndədir. Komandamızın heyətində  Xayme Romero qol sevinci yaşayıb. 

***

Saat. 21:47

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) - "Dandolk" (İrlandiya) oyununda hesab açılıb.
 
APA-nın məlumatına görə, Bakıda keçirilən matçın 12-ci dəqiqəsində Ağdam klubunun futbolçusu Xayme Romero fərqlənib - 1:0.  

***

Saat. 21:00

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti matçını keçirir.

APA-nın məlumatına görə, Çempionlar Liqasında mübarizə aparan Ağdam təmsilçisi II təsnifat mərhələsində cavab oyununa çıxıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İrlandiya çempionu “Dandolk”la üz-üzə gəlir. Səfərdə 1:1 hesablı heç-heçəyə nail olan “Qarabağ” cavab görüşünü Bakıda keçirir.

I təsnifat mərhələsində Albaniya “Partizani”sini də cavab görüşündəki qələbə ilə Avropa Liqasına göndərən  (0:0, 2:0) Q.Qurbanovun yetirmələri eyni aqibəti “Dandolk”a yaşatmağa çalışır.

Qeyd edək ki, bu cütün qalibi Kiprin APOEL, uğursuzu isə Slovakiyanın “Slovan” klubu ilə görüşəcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
31 iyul
21:00. “Qarabağ” (Azərbaycan) – “Dandolk” (İrlandiya)
Baş hakim: Svein Oddvar Moen
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 30. Abbas Hüseynov, 99. Queye Maqaye.
Baş məşqçi: Qurban Qurbanov.
Dandolk: 1. Qari Rocers, 2. Şon Qennon, 4. Şon Hor, 5. Kris Şilds, 7. Maykl Daffi, 9. Patrik Hoban (k), 10. Ceymi Makqrat, 11. Patrik Makeleni, 14. Deyni Messi, 21. Daniel Kliri, 44. Endi Boyl.
Ehtiyat oyunçular: 20. Aron Makkari, 8. Con Mauntni, 12. Corci Kelli, 16. Şon Murrey, 27. Daniel Kelli, 33. Din Jarvis.
Baş məşqçi: Vinsent Pert.
Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 1:1