Qarabağ" - "Sevilya": İlk gündə 10 min bilet satıldı


Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçirilləcək "Qarabağ" - "Sevilya" matçına maraq böyükdür.

"Sherg.az" Ağdam klubunun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, biletlərin satışa çıxarıldığı ilk gündəcə 10 min bilet satılıb. Bu isə tez bir zamanda bütün biletlərin satılacağını deməyə əsas verir.

Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)