Futbol matçı zamanı kütləvi dava baş verib, xəsarət alan var



Dağıstanın paytaxtı Mahaçqala şəhərində futbol matçı zamanı kütləvi dava baş verib.

"Sherg.az" Trend-ə istinadən bildirir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin "İnstaqram" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Mahaçqalanın "Trud" meydançasında iki futbol komandası arasında dava baş verib. Davada təxminən 40 nəfər iştirak edib".

Bildirilir ki, polislər davada iştirak edən 5 nəfəri saxlayıblar.

REKLAM

mazda.az

Daha ətraflı

 
Dava nəticəsində bir nəfər xəsarət alıb və xəsatəxanaya yerləşdirilib.