"Barselona" transfer çalışmalarına indidən start verib.
Kataloniya klubu Avstriyanın Salzburg klubunun forvardı Erlinq Halanda "elçi düşüb".
Bu mövsüm oynadığı 9 matçda 17 qol vuran və 5 məhsuldar ötürmə edən 19 yaşlı futbolçu son olaraq Çempionlar Liqasının "Genk"lə oyununda het-trik edib. "Barselona"nın baş məşqçisi Ernesto Valverde qış fasiləsində norveçli hücumçunun alınmasını istəyib.
Salzburg hələ Erlinq Halanda qiymət qoymayıb. Amma onun qış fasiləsində olmasa da, mövsümün sonunda dünya nəhənglərindən birinə transfer olunacağı dəqiqdir. (fanat.az)
Qeyd edək ki, Erlinq Haland bu ilin yanvarında "Molde"dən "Salzburg"a 5 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 12 milyon avro qiymət qoyub.