Avro-2020-nin seçmə mərhələsinin Macarıstan - Azərbaycan oyunu azarkeşsiz keçiriləcək.
"Sherg.az" Qol.az-a istinadən bildirir ki, bununla bağlı qərarı UEFA-nın Etika və İntizam Komitəsi qəbul edib.
Buna macar azarkeşlərin sentyabrın 9-da Slovakiya ilə ev oyunu zamanı irqçi davranışlara yol verməsi səbəb olub. Bundan başqa, Macarıstan Futbol Federasiyasına 67.125 avro cərimə kəsilib.
Qeyd edək ki, Macarıstan - Azərbaycan görüşü oktyabrın 13-ü keçiriləcək.