“Beşiktaş”ın prezidenti istefa verdi


Türkiyənin “Beşiktaş” klubunun prezidenti Fikrət Orman istefa verib. 

Bu barədə 52 yaşlı funksionerin özü açıqlama yayıb. 

O bildirib ki, 2012-ci ildən başçılıq etdiyi “Beşiktaş”dakı fəaliyyətini başa vurub:

“Beşiktaş”ın yeni qana ehtiyacı var. Enerjim artıq kifayət etmir. Səhv anlamayın, yorğun deyiləm. Hər şeyi sizin üçün etdim. Hara getdimsə, sərt reaksiya ilə üzləşdim. Mən nə etdim axı?”

Bununla bağlı sabah komandada fövqəladə iclas keçiriləcək.