Teymur Rəcəbov dünya kubokunun yarımfinalına yüksəldi


Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə dünya kuboku davam edir.

Oxu.Az xəbər verir ki, bu gün turnirinin 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Bu mərhələdə Azərbaycanın yarışda iştirakı davam edən yeganə şahmatçısı Teymur Rəcəbov ABŞ təmsilçisi Cefferi Xionqla qarşılaşıb.

İlk görüşünü sülhlə başa vuran şahmatçımız cavab oyununda qalib gələrək yarımfinala yüksəlib.

Qeyd edək ki, qrossmeysterimizin yarımfinaldakı rəqibi fransalı Maksim Vaşe-Laqrav və Ermənistan təmsilçisi Levon Aronyan duelinin qalibi olacaq. Bu iki şahmatçı arasındakı hər iki görüş heç-heçə başa çatıb.