“El-Klassiko”nun vaxtı açıqlandı


2019/2020 mövsümünün ilk “El-Klassiko”sunun vaxtı açıqlanıb.

Lent.az trend-ə istinadən xəbər verir ki, İspaniya çempionatının 10-cu turu çərçivəsindəki qarşılaşma oktyabrın 26-sı “Nou Kamp” stadionunda keçiriləcək.

Oyun Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.

Matçın erkən başlaması əsasən Asiya ölkələrinə teleyayım məsələsi ilə əlaqələndirilir.