Teymur Rəcəbov Dünya Kubokunun finalında ilk görüşünü keçirdi 


Azərbaycanlı şahmatçı Teymur Rəcəbov şahmat üzrə Dünya Kubokunun finalında ilk görüşünü keçirib.

Oxu.Az xəbər verir ki, çinli Liren Dinqlə baş tutan ilk görüş heç-heçə başa çatıb.

Teymur Rəcəbovun ağ fiqurlarla oynadığı ilk partiyada tərəflər sülh bağlayıb.

Qeyd edək ki, Dünya Kuboku oktyabrın 4-də yekunlaşacaq.