Ermənistan Futbol Federasiyası ətrafında daimi skandal bütün erməni futboluna baha başa gələ bilər.
Axar.az xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumatda yaranan skandallara görə UEFA-nın federasiyanı diskvalifikasiya edə biləcəyi bildirilib:
“Federasiya ətrafında proseslər dayanmaq bilmir. Əvvəla federasiyanın eks-prezidenti Ruben Ayrapetyana tikinti işləri zamanı mənimsəmə şübhəsi ilə cinayət işi açılıb. Bununla bərabər ölkənin güc strukturları federasiyanın bir il əvvəl maliyyələşdirdiyi, daha dəqiq desək, sədr müavinləri Armen Məlikbekyan və ya Armen Nikoqosyanın tikinti işləriylə maraqlanırlar. Futbol Federasiyasına seçki güclü şəkildə siyasiləşdirilib ki, bu barədə UEFA prezidenti Aleksandr Çeferinə məlumat verilib. Bununla Ermənistan Futbol Federasiyasını minimum yarım il diskvalifikasiya edə bilərlər”.