Portuqaliya Kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan “Portu” – “Santa Clara” qarşılaşması zamanı xoşagəlməz qayda pozuntusu qeydə alınıb.
Life.ru məlumat verir ki, Moskva “Spartak”ın keçmiş oyunçusu, hazırda “Portu” klubunun şərəfini qoruyan Ze Luis oyun epizodunun birində ayağı ilə rəqibinin başına zərbə endirib. Hakim hücumçunu sarı vərəqə ilə cəzalandırıb. Zədə alan oyunçu Nene isə meydanı xərəkdə tərk edib.
Zədədən dərhal sonra huşunu itirən futbolçu xəstəxanaya çatdırılıb. Xoşbəxtlikdən ciddi zədə almayan müdafiəçi səhəri gün evə buraxılıb.