Ukraynanın Odessa şəhərində buz meydançasında iki xokkey komandası arasında qarşıdurma yaşanıb. Dava Ukraynanın Gənclər Liqasının “Morskiye volki” və “Krivbass” komandaları arasında yaşanıb.
Bu barədə TSN xəbər verib.
Baş verənlər barədə oyunçulardan birinin atası özünün “Facebook” səhifəsində bildirib.
“Krivbass” komandasının məşqçisi davanın qarşısını almaq əvəzinə rəqib komandanın kiçik oyunçularını döyməyə başlayıb”, - deyə o, yazıb.
O həmçinin vurğulayıb ki, dava zamanı bir neçə uşaq xəsarət alıb. Hazırda 11 yaşlı xokkeyçilər müalicə alırlar.